Bia.Az

Narışkin yeni müharibənin anonsu verdi

Dünya
 23-01-2026, 11:32     966

Venesuela Prezidenti Nikolas Maduronun devrilməsindən sonra Qərb güc hakimiyyəti qurmağa çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

O bildirib ki, mövcud siyasət genişmiqyaslı müharibəni tətikləyə bilər:

“Bu cür istəklər beynəlxalq vəziyyəti daha da pisləşdirmək, xaosa, hətta yeni və genişmiqyaslı hərbi münaqişələrə səbəb olmaq təhlükəsi yaradır”.

Qeyd edək ki, son vaxtlar ABŞ-ın Latın Amerikası ölkələrinə, İrana və Qrenlandiyaya hərbi müdaxilə ssenarilərini nəzərdə keçirməsi haqda məlumat yayılır.

Avropa ölkələri xüsusən Qrenlandiya məsələsində Prezident Donald Trampı dayandırmağa çalışır. Fransa NATO-dan Qrenlandiyaya hərbi kontingent göndərməyi və təlimlər keçirməyi xahiş edib.

İran cəbhəsində Vaşinqton əvvəlki günlərə nəzərən təmkinli mövqe sərgiləsə də, Tramp bu ölkəyə doğru böyük bir donanmanın irəlilədiyi açıqlayıbİsrail mənbələri ABŞ-ın gözlənilmədən İrana zərbə endirə biləcəyini yazırlar.скачать dle 12.1