Bia.Az

Tramp Qrenlandiya ilə bağlı qərarını verdi

Dünya
 22-01-2026, 01:35     790

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya məsələsi ilə bağlı danışıqlara cavabdeh olacaq şəxsləri açıqlayıb
.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Truth Social” sosial şəbəkəsində məlumat verib.

Trampın qərarına əsasən, danışıqlara ABŞ-ın vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edəcəklər. ABŞ lideri bildirib ki, təyin olunan şəxslər birbaşa ona hesabat verəcəklər.

Bu açıqlama Donald Trampın Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi görüşdən sonra paylaşılıb.

ABŞ Prezident zərurət yaranacağı təqdirdə, Qrenlandiya ilə bağlı danışıqlara əlavə tərəflərin də cəlb oluna biləcəyini vurğulayıb. Lakin hazırda bu prosesdə iştirak edəcək digər tərəflər konkretləşdirilməyib.скачать dle 12.1