Polkovnikdən Rusiya ilə bağlı həyəcan: “Onlar məhv ediləcək” – London hazırlığa başladı
ABŞ-ın təqaüddə olan polkovniki Duqlas MakQreqorun Britaniyanın Ukraynaya yeni raketlər ötürmək planlarını sərt tənqid edib.
Globalinfo.az xəbər verir ki, o, “YouTube”da politoloq Qlenn Dizenə müsahibəsində Londonun Rusiyanın mümkün cavabını nəzərə almalı olduğunu bildirib.
MakQreqorun sözlərinə görə, Rusiya təxribata məruz qalarsa, bunu cavabsız qoymayacaq və Britaniya öz hərbi və strateji həssaslıqlarını düzgün qiymətləndirməlidir.
“Cavab zərbələri təsadüfi deyil, məqsədli olacaq və zərbə zonasında yerləşən bir sıra hərbi obyektlər tamamilə məhv ediləcək”, – deyə o bildirib.
Qeyd edək ki, yanvarın 14-də “Daily Mail” nəşri Böyük Britaniyanın hazırda inkişaf mərhələsində olan uzunmənzilli ballistik raketləri Ukraynaya verməyi planlaşdırdığını yazıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukraynanın Britaniya raketlərindən Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün istifadə etməsi Londonun birbaşa münaqişə tərəfi kimi tanınmasına və bunun bütün nəticələrinə yol aça bilər.








