Bia.Az

Dərhal tədbir görülməlidir, yoxsa müharibə başlayacaq! – Makqreqor

Dünya
 17-01-2026, 01:47     964

Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor ABŞ hökumətinin siyasətinin ölkəni Rusiya ilə birbaşa müharibə riskinə yaxınlaşdıra biləcəyi barədə xəbərdarlıq edib.

Globalinfo.az-ın xəbərinə görə, o, bu fikirləri “YouTube”da yayımlanan “Deep Dive” kanalına müsahibəsində səsləndirib.

Makqreqor bildirib ki, ABŞ Prezidenti Donald Tramp administrasiya üzərində nəzarəti gücləndirməsə, vəziyyət təhlükəli istiqamətdə inkişaf edə bilər. Onun sözlərinə görə, bəzi amerikalı siyasətçilər Rusiyaya qarşı müharibəyə getməyin onların haqqı olduğunu düşünürlər.

“Tramp dərhal öz hökumətini nəzarətə götürməlidir. O, Lindsi Qrem, Riçard Blumental və bizi Rusiya ilə müharibəyə sürükləmək hüququna malik olduqlarını zənn edən digər şəxslərlə üz-üzədir”, – deyə Makqreqor vurğulayıb.

Keçmiş müşavir qeyd edib ki, ABŞ rəsmilərinin ictimaiyyəti Rusiya ilə müharibəyə cəlb etmək kimi bir haqqı yoxdur və Amerika cəmiyyətində də buna dəstək yoxdur. Onun sözlərinə görə, heç bir amerikalı Rusiya ilə müharibə istəmir.скачать dle 12.1