İrana hücum etmədim, çünki… – Tramp səbəbi açıqladı
ABŞ Prezidenti Donald Tramp İrana qarşı planlaşdırılan hərbi hücumu şəxsən ləğv etmək qərarına gəldiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Amerika lideri bu barədə həftəsonu Floridaya uçmazdan əvvəl Ağ Evdə jurnalistlərə danışıb.
Trampın sözlərinə görə, bu qərarın verilməsində həlledici amil İran hakimiyyətinin ötən cümə axşamı keçirilməsi planlaşdırılan hökumət əleyhinə etirazçıların kütləvi edamlarını qəfil dayandırması olub. Prezident qeyd edib ki, məhz bu addım hücumun ləğv olunmasına səbəb olub.
O bildirib ki, Vaşinqtonun mümkün hərbi zərbəsi təhlükəsi Tehranın müxalifətə qarşı qanlı repressiya planlarından geri çəkilməsində əsas rol oynayıb. Trampın sözlərinə görə, İran hakimiyyəti 800-dən çox edamın asılmaqla həyata keçirilməsini planlaşdırsa da, son anda bu qərardan imtina edib.
ABŞ prezidenti İrana hücum etməmək qərarının gələcəkdə dəyişib-dəyişməyəcəyi ilə bağlı konkret mövqe bildirməyib. O yalnız qeyd edib:
“Onlar heç kimi asmadılar. Bu planı ləğv etdilər. Bunun çox dərin təsiri oldu”








