Qrenlandiyaya qoşun yeridildi: ABŞ-dan ilk reaksiya
Avropa ölkələrinin Qrenlandiyaya qoşun yerləşdirməsi Vaşinqtonun qərarlarını dəyişmir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Kerolayn Livitt mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu addım prezident Donald Trampın adanı ələ keçirməklə bağlı niyyətinə təsir göstərməyəcək.
“Qrenlandiya məsələsinə gəldikdə, düşünmürəm ki, Avropadakı qoşunlar Prezidentin qərarlarına təsir göstərir və ya onun adanı ələ keçirmək niyyətini dəyişdirir”, — deyə Livitt vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ Dövlət katibi Marko Rubio ilə görüşüb. Görüşdən sonra Frederiksen danışıqları “çətin” adlandıraraq bildirib ki, Vaşinqton və Kopenhagen arasında Qrenlandiyada hansı bayrağın dalğalanacağı ilə bağlı fundamental fikir ayrılıqları mövcuddur.








