Ermənistanda kütləvi itaətsizlik başladı - Video
Ermənistanda kütləvi itaətsizlik aksiyası davam edir.Yenisabah.az xəbər verir ki, ölkənin əksər vilayətlərində davam edən aksiyalar nəqliyyatın hərəkətinin iflic edilməsi, inzibati binaların blokadaya alınması və digər bu kimi addımlarla müşayiət olunur.
Məsələn, bu gün bir qrup şəxs Şirak vilayətinin Bavra kəndindən keçən dövlətlərarası magistral yolun hərəkətini dayandırıb. Onlar Ermənistan Baş naziri Nikol Paşinyanın istefasını tələb edir.
Kütləvi itaətsizlik aksiyası dünəndən başlayıb. Ermənistan parlamentinin bu gün keçirilən iclasında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Artıq hakimiyyətin də seçkilərə getmək barədə düşündüyü barədə məlumatlar. Bu halda kütləvi itaətsizlik aksiyasının davam etməsi növbədənkənar parlament seçkilərinin də siyasi böhrandan çıxış yolu olmadığını göstərir.
Ermənistan müxalifətinin bir hissəsi də çıxış yolunu yalnız Paşinyanın istefasında görür. Baş nazir isə istefa vermək niyyətində görünmür. Artıq Ermənistan ictimaiyyətinin tanınmış nümayəndələri vətəndaş müharibəsinin başlaya biləcəyi barədə həyəcan təbili çalırlar.
Açar sözlər