Bia.Az

26 yaşlı etirazçı edamdan son anda belə qurtuldu

Dünya
 15-01-2026, 01:01     593

Xəbər verdiyimiz kimiABŞ Prezidenti Donald Tramp İranda qətllərin və edamların dayandırılması barədə açıqlama verib. Daha əvvəl isə İranda ilk dəfə etirazçının edam ediləcəyi barədə xəbərlər yayılıb.

Globalinfo.az xəbər verir ki, saxlanılan etirazçı Erfan Soltaninin bu gün asılaraq edam ediləcəyi gözlənilirdi. Lakin ailə üzvlərindən biri “Sky News”a bildirib ki, edam olmayacaq.

Qeyd edək ki, Soltani ölkədə hökumət əleyhinə etiraz aksiyalarında iştirak etdikdən sonra ölüm hökmü alan ilk şəxsdir. Bu etirazlar zamanı indiyədək 3 mindən çox insanın həlak olduğu bildirilir.

Məlumata görə, edam qərarından sonra Erfan Soltaninin yaxınları onun saxlanıldığı “Gəzəl Hesar” həbsxanasının qarşısında toplaşaraq ABŞ-dan kömək istəyiblər. Onlar edamların sürətləndirilməsi ilə bağlı yayılan məlumatlardan ciddi narahat olduqlarını bildiriblər.скачать dle 12.1