Bia.Az

Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?

Dünya
 14-01-2026, 00:07     610

ABŞ Prezidenti Donald Tramp İrandakı etirazçılara çağırış edib.

Axar.az xəbər verir ki, Tramp özünün “Truth Social” hesabında İran xalqını etirazları davam etdirməyə çağırıb.

“İranlı vətənpərvərlər, etirazlara davam edin - qurumları ələ keçirin. Qatillərin və zorakılıq törədənlərin adlarını yadda saxlayın. Onlar bunun hesabını verəcəklər. Mən etirazçıların öldürülməsi dayanmayana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etmişəm. Kömək yoldadır! MIGA!!!”, - Tramp qeyd edib.

Qeyd edək ki, MIGA (Make Iran Great Again) “İranı yenidən möhtəşəm edək” mənasını verir.скачать dle 12.1