Bu, Trampın Putinə siqnalı idi – KİV
“Marinera” neft tankerinin ələ keçirilməsi ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə verdiyi siqnal olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Mənbələr bildirirlər ki, tankerin Rusiya bayrağı altında hərəkət etməsi və onun saxlanması Putinə Rusiya-Ukrayna münaqişəsinin həlli prosesini sürətləndirmək üçün mesaj göndərmək məqsədi daşıyıb.
Qeyd edək ki, ABŞ-ın Avropa Komandanlığı yanvarın 7-də tankerin Şimali Atlantikada saxlanıldığını açıqlamışdı. Gəminin 28 heyət üzvündən yalnız ikisinin rus olduğu məlum olub. Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin müraciətindən sonra Tramp həmin iki rus heyət üzvünü azad edib.








