Bia.Az

Ukraynaya qoşun yeridilə bilər: Minlərlə hərbçi hazırlığa başladı

Dünya
 10-01-2026, 03:00     808

Fransa Prezidenti Emmanuel Makron partiya liderləri ilə keçirdiyi qapalı görüşdə Ukraynaya qoşun göndərmək barədə müzakirə aparıb.  

Globalinfo.az xəbər verir ki, bu barədə “L’Humanité” qəzeti məlumat yayıb.

Məlumata görə, müzakirələrin məqsədi sülh müqaviləsi bağlandıqdan sonra Fransa əsgərlərinin Ukraynaya yerləşdirilməsi planları barədə parlament üzvlərini məlumatlandırmaq olub.

Görüşdə Fransanın Baş naziri Sebastyan Lekornu, silahlı qüvvələr naziri Ketrin Votren və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Fabien Mandon iştirak ediblər. Qeyd olunub ki, Makron 100% dəstək ala bilməyib. Lekornunun sözlərinə görə, bütün parlament üzvlərinin müzakirəyə cəlb olunması vacibdir və məsələ ilə bağlı müzakirələrin yaxın iki-üç həftə ərzində baş tutması gözlənilir.

İddialara görə, söhbət Britaniya qüvvələrinin də daxil olduğu 10 min nəfərlik beynəlxalq kontingentə 6 min Fransa əsgərinin daxil edilməsindən gedir. Komandanlıq Paris yaxınlığındakı Mont-Valeriendə yerləşə bilər.скачать dle 12.1