Putinin iqamətgahına hücum haqda yeni İDDİA
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Rusiya prezidenti Vladimir Putinin iqamətgahına mümkün hücumla bağlı yayılan məlumatları davam edən danışıqlar fonunda “ehtiyatsız addım” kimi qiymətləndirib.
Globalinfo.az-ın xəbərinə görə, Uitaker bildirib ki, Rusiya tərəfi prezidentin iqamətgahına dronlarla hücum edildiyi barədə məlumatlar yaysa da, hadisənin real olub-olmadığı hələ dəqiq deyil.
Onun sözlərinə görə, Ukrayna mütəmadi olaraq dron və raket hücumlarına məruz qalır. Ona görə də, əsas diqqətini bu hücumların dəf edilməsinə yönəltməyə məcburdur.
“Ukraynanın sülhə həqiqətən can atdığı və sazişin bağlanmasına yaxın olunduğu bir vaxtda, ehtiyatsız addımların atılması qeyri-delikat görünür”, – deyə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi vurğulayıb.








