Tramp və Zelenski arasında görüş başa çatdı
Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 28-də Floridada ABŞ Prezidenti Donald Trampla görüşüb.
Axar.az xəbər verir ki, tərəflər Ukrayna üçün sülh planı üzrə aktiv danışıqlar aparırlar.
Görüş Trampın Mar-e-Laqo iqamətgahının yerləşdiyi Floridanın Palm-Biç şəhərində keçirilir.
***
ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqları başa çatıb.
Bu barədə İtaliyanın "Corriere della Sera" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Zelenski hazırda Avropa liderləri, o cümlədən İtaliya Respublikası Nazirlər Şurasının sədri Corciya Meloni ilə danışıqlar aparır.
Tərəflərin danışıqları yekunlaşdırmaq və növbəti addımları müəyyən etmək üçün birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.








