Rusiyanın Qara dənizdə hücumları: kritik şəhər işğal edilə bilər
Münaqişənin daha da kəskinləşməsi, o cümlədən Qara dənizdə qarşıdurmanın pisləşməsi Rusiyanı gələcək nizamlamada ərazi şərtlərini genişləndirməyə vadar edə bilər.
Globalinfo.az xəbər verir ki, bu fikri Banqladeşin paytaxtı Dəkkədə yerləşən Daffodil Beynəlxalq Universitetinin professoru Qreq Simons səsləndirib.
Ekspertin sözlərinə görə, belə bir ssenari reallaşacağı təqdirdə Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrinin təkcə Donetskin ərazisindən deyil, eyni zamanda Odessa üzərində nəzarəti də ələ keçirməyi hədəfləyə bilər.
Qreq Simons bildirib ki, hazırkı mərhələdə Moskva üçün məqbul hesab edilən yeganə demarkasiya variantı Ukrayna qoşunlarının Donetskdən və Rusiyanın tərkibinə daxil etdiyini bildirdiyi digər ərazilərdən tam çıxarılmasıdır.
Onun fikrincə, gərginliyin artması Rusiya rəhbərliyini Kiyevə qarşı təzyiqin coğrafi miqyasını yenidən nəzərdən keçirməyə məcbur edə bilər.








