Trampın səhhəti pisləşib? – Ağ Ev açıqlama yaydı
ABŞ-ın “The Guardian” qəzeti Prezident Donald Trampın ruhi sağlamlıq problemləri ola biləcəyi ilə bağlı məqalə dərc edib.
Globalinfo.az xəbər verir ki, nəşrin iddialarına Ağ Evin mətbuat katibinin köməkçisi Liz Hyuston reaksiya verib.
Hyuston qeyd edib ki, Tramp çalışqan, enerjili və vətəndaşlarla açıq ünsiyyət quran liderdir. Onun sözlərinə görə, bu xüsusiyyətlər Trampı sələfi Co Baydendən kəskin şəkildə fərqləndirir.
Mətbuat katibinin köməkçisi xatırladıb ki, Baydenin prezidentliyi dövründə media amerikalılardan ölkə liderinin ciddi zehni və fiziki tənəzzülünü gizlədib.
Qeyd edək ki, daha əvvəl “The Daily Beast” qəzeti də Donald Trampın sağlamlıq problemləri ilə bağlı məlumat yaymışdı.








