ABŞ Ukrayna danışıqlarından çıxır?
Vaşinqtonun Ukrayna böhranının həlli ilə bağlı danışıqlarda iştirakını davam etdirib-etdirməyəcəyinə yalnız ABŞ Prezidenti Donald Tramp qərar verə bilər.
Axar.az xəbər verir ki, bu fikri ABŞ-ın dövlət katibi Marko Rubio Dövlət Departamentində jurnalistlərlə görüşündə səsləndirib.
“Nəticə etibarilə, bu qərarı Prezident verəcək. Əgər o, iştirakımızın artıq səmərəsiz olduğunu və ya milli maraqlarımıza xidmət etmədiyini müəyyən edərsə, bu, Prezidentin qərarı olacaq”, – deyə o vurğulayıb.








