Bia.Az

Bu ölkə vətəndaşları ABŞ-a gedə bilməz - Qadağa

Dünya
 17-12-2025, 01:24     799

ABŞ yeddi ölkənin - Burkina Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leone vətəndaşlarına tam giriş qadağası tətbiq edəcək.

Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat verib.

Bəyanatda qeyd olunur ki, əvvəllər Laos və Syerra-Leoneyə qismən məhdudiyyətlər tətbiq edilmişdi, lakin indi bu ölkələrin vətəndaşlarının ABŞ-a girişi tamamilə qadağan ediləcək.

Qeyd edə ki, noyabrın sonunda ABŞ Prezidenti Donald Tramp üçüncü dünya ölkələrindən ABŞ-a miqrant axınının qarşısını almaq niyyətində olduğunu açıqlamışdı.скачать dle 12.1