Türkiyə bu skandalla çalxalanır: Yeniyetmə qız mesajı göstərdi, parlament qarışdı
Türkiyə Böyük Millət Məclisi (TBMM) ilə bağlı cinsi qısnama iddiaları böyük rezonans doğurub.
Globalinfo.az xəbər verir ki, parlamentdə təcrübə keçən 16 yaşlı qızların TBMM-in yeməkxanasında və digər bölmələrdə işləyən şəxslərin cinsi qısnaması, həmçinin istismarına məruz qaldığı bildirilir.
İddialar görə, təcrübəçi gənc qızlardan biri bununla bağlı şikayətçi olub. Gənc qız ona göndərilən cinsi qısnama məzmunlu mesajları hüquq mühafizə orqanlarına təqdim edib. Nəticədə iddiaların təsdiqləndiyi, hətta təhsil müəssisəsindən təcrübə keçmək üçün TBMM-yə aparılan bir çox gənc qızın da eyni vəziyyətlə üzləşdiyi məlum olub.
Belə ki, yeməkxanada təcrübə keçən yeniyetmə qızlar yaşı 30 və daha çox olan işçi heyətin, aşpazların təzyiqinə məruz qaldıqlarını bildiriblər. Mətbəxdə sıxışdırıldıqları və cinsi qısnama, o cümlədən istismara məruz qaldıqlarını, lakin bu barədə heç kimə danışmamaqla bağlı təhdid edildiklərini deyiblər.
Məlumata görə, bəzi evli şəxslər qızlara “balaca sevgilim” deyə müraciət edib və mesajlar göndəriblər. Qızlardan birinin yenicə bu hadisələrlə üzləşərək şikayətçi olmasından sonra eyni vəziyyətlə üzləşən başqa yeniyetmələr də başlarına gələnləri etiraf etməyə başlayıblar. Onlardan biri 2024-cü ildə, 16 yaşı olduğu zaman TBMM-də eyni hadisələri yaşadığını söyləyib və polisə ifadə verib.
Hazırda istintaqın davam etdiyi, şikayətlərin araşdırıldığı bildirilir.








