Bəşəriyyətin rifahı naminə onları məhv etməliyik – Flippot
Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot ABŞ prezidenti Donald Tramp administrasiyasını bəşəriyyətin rifahı naminə Avropa İttifaqını (Aİ) məhv etməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, o, bunu X səhifəsində yazıb.
“Yaşasın AB, yaşasın söz azadlığı. Yaşasın azad Fransa!” – deyə yazıb.
O qeyd edib ki, ABŞ yalnız suveren milli dövlətləri tanımalıdır. Filippot Aİ-ni dağıdıcı totalitarizmdə və azadlığa nifrətdə ittiham edib.
“Bütün dünya Aİ-nin dərin faşist mahiyyətini kəşf edir”, – siyasətçi vurğulayıb.








