Bia.Az

Lukaşenko bu ölkədə "yoxa çıxdı": Heç bir məlumat yoxdur!

Dünya
 1-12-2025, 13:44     681

Belarus Prezidenti Aleksandr Lukaşenko səfər etdiyi Omanda “yoxa çıxıb”.

Axar.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidmətinə yaxın mənbə məlumat yayıb.

Bildirilib ki, Lukaşenko hələ 28 noyabrda paytaxt Maskata səfər edib. Lakin o vaxtdan bəri nə Oman KİV-ləri, nə də Belarusun rəsmi media orqanları səfərlə bağlı informasiya verib.

Yalnız Lukaşenkonu Maskat hava limanında Oman İnvestisiya Agentliyinin prezidenti Əbdülsəlam əl-Mürşidinin qarşıladığı məlumdur. Lakin agentliyin media orqanları bu barədə susur. Xarici liderin səfəri ilə bağlı açıqlamalar verilməli olsa da, Oman Xarici İşlər Nazirliyinin və Kral Dəftərxanasının rəsmi saytlarında da heç bir məlumat yoxdur.

Mənbə Oman səfərinin gizli saxlanılmasını “qəribə” adlandırıb.скачать dle 12.1