Bia.Az

Rusiya sərhədində gərgin anlar: yeni eskalasiya təşvişi başladı

Dünya
 24-11-2025, 02:10     825

ABŞ-a məxsus “Challenger” hərbi kəşfiyyat təyyarəsi Qara dəniz üzərində manevrlər həyata keçirərək Rusiya sərhədinə yaxınlaşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Military Talk Live” Teleqram kanalı məlumat yayıb.

Qeyd olunub ki, kəşfiyyat təyyarəsi Rumıniya bazasından havaya qalxıb və bir neçə saat beynəlxalq hava məkanında qalaraq sanki nəyisə diqqətlə izləyib.

Uçuş məlumatlarına görə, təyyarə Rusiyanın nəzarəti altında olan Krıma təxminən 60 mil məsafədə yaxınlaşıb. Daha sonra şərqə, Soçiyə doğru istiqamət alıb.

Təyyarənin marşrutu Moskvadakı bir neçə vacib hərbi obyektin yaxınlığından keçib.

Nəşr qeyd edir ki, baş verənlər ABŞ-ın yeni eskalasiyaya hazırlaşa biləcəyi ilə bağlı qızğın iddialara səbəb olub.скачать dle 12.1