Bia.Az

İranda siyasi gərginlik: Pezeşkian onun istefasını qəbul etmədi

Dünya
 20-11-2025, 16:30     994

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif istefa ərizəsini Prezident Məsud Pezeşkiana təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bagir Qalibafın nəzarətində olan “Sobh-e no” qəzeti məlumat verib.
Nəşrin iddiasına görə, Arif hökumətdə rolunun məhdudlaşdırılmasına, əsas qərarların onunla məsləhətləşmədən qəbul edilməsinə etiraz olaraq istefa vermək istəyib. Lakin prezident bu istefanı qəbul etməyib:

“Arifin istefa qərarında Prezident Aparatının digər üzvləri - icraçı vitse-prezident Məhəmməd Cəfər Qaimpənah və Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzayi ilə yaranmış fikir ayrılıqları da rol oynayıb”.скачать dle 12.1