Bia.Az

İran nümayəndəliyi Trampın razılaşma açıqlamasını şərh etmədi

Dünya
 19-11-2025, 00:02     665

İranın BMT-dəki daimi nümayəndəliyi ABŞ Prezidenti Donald Trampın Tehranın Vaşinqtonla razılaşma istədiyinə dair iddialarını şərh etməyib.

Bakupost.az xəbər verir ki, İran diplomatik missiyası TASS-ın sorğusuna cavab olaraq“Biz bunu şərh etmirik”, – deyə bildirib.

Bu cavab Trampın “İran Vaşinqtonla razılaşma əldə etməyi çox istəyir” və “bu ideyaya tam açıqdır” sözlərinə münasibət istənildikdə verilib.

Qeyd edək ki, 1980-ci ildə İran və ABŞ arasında diplomatik münasibətlərin pozulması səbəbindən İranın Vaşinqtondakı səfirliyi fəaliyyət göstərmir. Hazırda İranın BMT-dəki daimi nümayəndəliyi ABŞ-la məhdud ikitərəfli əlaqələr üçün kanal rolunu oynayır. Bu nümayəndəlik mesajların ötürülməsi və qarşılıqlı əlaqə tələb edən məsələlərin koordinasiyası üçün istifadə olunur.
скачать dle 12.1