Şoyquya sui-qəsd planı: Son anda saxlanıldılar
Ukrayna kəşfiyyat orqanlarının əmri ilə işləyən bir qrup diversant Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyquya qarşı sui-qəsd planlaşdırıbmış.
Axar.az xəbər verir ki, bu barədə "Moskovski Komsomolets" qəzetinin məlumatında deyilir.
Bildirilib , diversantlar Şoyqunun Moskvada Troekurovskoye qəbiristanlığında qohumlarının məzarını ziyarəti zamanı sui-qəsd planını icra etməli idilər.
Bundan əlavə, FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi diversantların artıq ələ keçirildiyini bildirib.









