Əmr gələn kimi Venesuelaya daxil olacağıq - Driskoll
Prezident Donald Tramp və müdafiə naziri Pit Heqset əmr verərsə, ABŞ quru qoşunları Venesuelaya yerləşdirilə bilər.
Axar.az xəbər verir ki, bu barədə ABŞ quru qoşunlarının naziri Daniel Driskoll CBS-ə bildirib.
"Biz belə məlumatları açıqlamırıq. Amma əmr gəldikdə, hazır olacağıq", - deyə Driskoll vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın təyyarədaşıyan gəmisi "Gerald R. Ford" Karib dənizinə daxil olub.









