Türkiyə təyyarəsinin qəzaya uğramasının səbəbi bilindi
Xorvatiyadan texniki baxımdan qayıdan yanğınsöndürmə təyyarəsi ilə rabitə əlaqəsi kəsilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.
Təyyarənin Meşəçilik üzrə İdarəyə məxsus olduğu deyilir.
Bildirilib ki, təyyarə və pilotun axtarışları istiqamətində Xorvatiya səlahiyyətliləri ilə koordinasiyalı iş aparılır.
***
Radarlardan itən təyyarənin qalıqları tapılıb, pilot həlak olub.
Təyyarənin Senj şəhəri yaxınlığında qəzaya uğradığı bildirilib.
***
Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsinin Xorvatiyada qəzaya uğramasının ilkin səbəbi bəlli olub.
CNN-in məlumatına görə, təyyarə təxminən 5 min fut yüksəklikdə bulud qatına daxil olduğu vaxt qəza baş verib.
Bu səbəbdən təyyarə istiqamətini dəyişib.









