Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı sürpriz xəbər: Tarix açıqladı
Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP (Tramp Marşrutu) layihəsi ilə bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib.
Globalinfo.az-ın xəbərinə görə, bu barədə “ArmenPress” məlumat yayıb. Baş nazir qeyd edib ki, layihənin bütün texniki detalları ilin sonuna qədər yekunlaşdırılacaq.
Onun sözlərinə görə, tərəflər arasında müqavilənin imzalanması 2026-cı ilin birinci yarısına, tikinti işlərinə isə ikinci yarısında başlanması planlaşdırılır.
Paşinyan layihənin marşrutunu da açıqlayıb:
“Dəmir yolu mövcud Sovet dövründən qalan xətt boyunca uzanacaq, daha şimal istiqamətdə isə qaz kəməri və elektrik xətləri çəkiləcək. Hökumət layihənin müəyyən edilmiş vaxt çərçivəsinə ciddi şəkildə riayət etməyi qarşısına məqsəd qoyub və bütün proseslərin plan üzrə getməsi üçün addımlar atılacaq”.
Baş nazir həmçinin layihənin region üçün strateji əhəmiyyətini qeyd edib və onun enerji və nəqliyyat infrastrukturuna mühüm töhfə verəcəyini bildirib.









