Bia.Az

Lavrov Moldova hakimiyyətini hədələdi - "Ciddi insidentə səbəb ola bilər..."

Dünya
 2-12-2020, 13:03     341

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Moldovanın separatçı Dnestryanı bölgəsindəki silah anbarlarının Rusiya hərbçiləri tərəfindən mühafizəsinin dayandırılması ciddi insidentlərə səbəb ola bilər.


"AzPolitika.info" Rusiya mətbuatına istinadən xəbər verir ki, Lavrov Rusiya sülhməramlılarının Moldova və Ukrayna sülhməramlıları kimi münaqişə bölgəsində ATƏT tərəfindən bəyənilmiş 5+2 qrupunun qərarları əsasında xidmət etdiyini xatırladıb: "Onlar orada ilk növbədə regionun stabilliyini qoruyurlar. Bunun prinsipial əhəmiyyəti ondadır ki, orada hər hansı yeni qanlı münaqişənin alovlanması baş verməsin”.

Lavrov Rusiya hərbçilərinin Moldovadakı ikinci qrupunun məsələsinə də toxunub. Bu qoşun birləşməsi orada sovet vaxtından qalma silah anbarlarını mühafizə edir: "Bu anbarlar elə bir vəziyyətdədir ki, onların üzərində nəzarətin dayandırılması çox ciddi insidentlərə yol aça bilər”.

Xatırladaq ki, Kreml Moldovanın yeni seçilmiş prezidenti Maya Sandunun separatçı Dnestryanı regiondan Rusiya hərbçilərinin çıxarılması çağırışlarını rədd edib, belə bir addımın ciddi sabitsizlik yarada biləcəyini deyib.

Avropa Birliyi iləəlaqələri yaxınlaşdırmaq tərəfdarı olan Sandu Qərb və Rusiyayla münasibətləri balanslaşdırmaq vədi verib. O, iki həftə öncə prezident seçkisinin ikinci raundunda rusiyapərəst prezident İqor Dodonu məğlub edib.скачать dle 12.1