Bia.Az

Vəkilin ölümünə görə axtarılan azərbaycanlı Moskvada tutuldu

Dünya
 31-10-2025, 02:27     742

İstanbulda sui-qəsd nəticəsində öldürülən vəkil Serdar Öktemin qətlini sifariş verməkdə şübhəli bilinən şəxs Moskvada saxlanılıb.

Axar.az Oxu.Az-a istinadən xəbər verir ki, saxlanılan "Alican Çakır" ləqəbli Əli Gülmalızadədir.

Türkiyə mətbuatı onun Azərbaycan vətəndaşı olduğunu qeyd edir. Onun oktyabrın 23-də keçirilmiş xüsusi əməliyyat zamanı Rusiya paytaxtında saxlanıldığı bildirilir.

Gülmalızadənin Türkiyəyə ekstradisiyası üçün müvafiq prosedura başlanılıb.

Xatırladaq ki, Öktem oktyabrın 6-da İstanbulun Şişli rayonunda avtomobilində silahlı hücuma məruz qalıbскачать dle 12.1