Ermənistan MTN-in keçmiş rəhbəri: Paşinyanın müharibəni vaxtında dayandırmaması suallar doğurur
Paşinyan həbs olunsaydı, rusların köməyi ilə müharibə daha tez dayandırılardı.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın keçmiş milli təhlükəsizlik naziri Mikael Hambardzumyan "NEWS.am"a müsahibəsində bildirib.
"Aydın idi, biz uduzurduq. Müharibənin, döyüşlərin niyə dayandırılmadığı, əsl məqsədin nə olduğu mənim üçün anlaşılmaz idi", - Hambardzoutmyan istefası ilə bağlı suala toxunarkən deyib.
Xatırladaq ki, Hambardzoutmyan 2020-ci il oktyabrın 8-də milli təhlükəsizlik naziri təyin edilib və noyabrın 7-də vəzifəsindən azad edilib.









