Moskvaya uçan PUA-lar vuruldu
Hava hücumundan müdafiə sistemləri Moskvaya doğru uçan iki PUA-nı vurub.
Axar.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin “Maks” kanalında məlumat verib .
"Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya uçan iki pilotsuz təyyarəni vurub. Hadisə yerində fövqəladə xidmətlər işləyir", - o yazıb.
Qeyd edək ki, bundan əvvəl Sobyanin 30 PUA-nın vurulduğunu bildirmişdi.









