Lavrovdan gözlənilməz Ukrayna açıqlaması
Rusiya Ukraynanı tanımağa hazırdır, lakin bu, yalnız ölkədəki hakimiyyətin indiki açıq nasist rejimindən əhəmiyyətli dərəcədə fərqlənəcəyi halda mümkündür.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov məlumat verib.
“Hazırda biz açıq nasist rejiminin idarə etdiyi bir ölkə görürük. Əgər Ukrayna bu vəziyyətdən fərqli, normal dövlət formasına qayıdarsa, onunla münasibətləri nəzərdən keçirməyə hazırıq,” – Lavrov bildirib.
Nazirin sözlərinə görə, Ukraynada mövcud siyasi rejim 2014-cü ildə “neonasistlər bayrağı altında” formalaşıb və bu, Rusiyanın Kiyevlə diplomatik münasibətləri bərpa etməsinə mane olan əsas səbəblərdən biridir.









