“Su belə bu qiymətə satılmır” – Pezeşkian etiraz etdi
İran inflyasiyaya qarşı mübarizə aparmaqda çətinlik çəkir.
Globalinfo.az “Hrana” nəşrinə istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian tədris ilinin açılış mərasimində deyib.
“Benzin 1500 tümənə deyil? Bu qiymətə suyu belə satmırlar. Niyə bizdə inflyasiya var? Çünki hökumət özündə olmayan pulları çap edir. Biz qızılın üstündə yatırıq, amma insanlar acdır”, – o qeyd edib.
Prezident bildirib ki, hökumət iqtisadiyyatda struktur islahatlar aparmağa və əhalinin güzəranını yaxşılaşdırmaq üçün çətin, lakin zəruri qərarlar qəbul etməyə hazırdır.
Qeyd edək ki, bir neçə gün əvvəl İranın neft naziri Mohsen Paknejad yeni qərarı açıqlayıb. Onun sözlərinə görə, “super xüsusi benzin” adlanan yanacağın litri 50 min tüməndən çox qiymətlə satılacaq.










