AB razılaşdı: Rusiyaya 19-cu sanksiya paketi...
Avropa Birliyi (AB) ölkələrinin səfirləri Rusiyaya qarşı 19-cu sanksiyalar paketi ilə bağlı razılığa gəlib.
Axar.az “Röyters”ə istinadən xəbər verir ki, bu barədə Danimarkanın AB-dəki nümayəndəsi məlumat yayıb.
O bildirib ki, bu sanksiyalar Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalına qadağanı nəzərdə tutur.










