Bia.Az

Rusiyada nə baş verir? - Daha bir partlayış...

Dünya
 23-10-2025, 01:29     607

Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində müəssisələrdən birində partlayış baş verib, ölənlər var.

Axar.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksey Teksler Teleqram kanalında məlumat yayıb.

"Kopeysk şəhərində müəssisədə partlayış baş verib. Təəssüf ki, ölənlər var. Hadisə yerinə təcili yardım xidmətləri gəlib, qərargah yaradılıb", - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Stavropoldə hərbi obyektin yaxınlığında partlayış baş vermişdi.

***
Baş verən partlayış zamanı 4 nəfər həlak olub.

Bu barədə TASS məlumat yayıb.скачать dle 12.1