Bia.Az

Ümid edirik ki, ABŞ bu tarixə kimi addımını atacaq - Suriya

Dünya
 22-10-2025, 01:54     593

Suriya hökuməti ümid edir ki, ABŞ-ın ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar yaxın aylarda rəsmən ləğv olunacaq.

Axar.az xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Məhəmməd Nidal əş-Şəar bildirib.

“Biz bu istiqamətdə başlanan düzgün yolu davam etdirmək üçün müəyyən səylər göstərməli və lobbiçilik işi aparmalıyıq. Ümid edirik ki, ilin sonuna qədər qanun layihəsi prezidentə təqdim olunacaq və o, sənədi imzalayacaq”, – Şəar qeyd edib.скачать dle 12.1