“Münaqişənin həlli çox çətindir” – Trampdan Putinə
ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə söhbətində Ukraynadakı münaqişənin həllini çətin adlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Uşakov xatırladıb ki, Tramp dəfələrlə Ukrayna böhranının sülh yolu ilə həllinə çağırıb.
“ABŞ Prezidentinin bütün sülhməramlı fəaliyyətlərində Ukrayna münaqişəsinin həllinin ən çətin olduğunu vurğulayan ideyası, bütün söhbət boyunca verdiyi bəyanatlarda özünü göstərdi”, – deyə Uşakov jurnalistlərə bildirib.
Qeyd edək ki, oktyabrın 16-da Putinlə iki saatlıq telefon danışığı aparan Tramp dialoq zamanı böyük irəliləyiş əldə edildiyini qeyd edib.










