Bia.Az

Tramp: Mudi Rusiyadan neft alşını dayandırmağa hazırdır

Dünya
 16-10-2025, 01:27     454

ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Mudinin Rusiyadan neft alışını dayandırmağa hazır olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.

Trampın sözlərinə görə, Mudi onu bu barədə şəxsən əmin edib.

“O, bu gün mənə dedi ki, artıq Rusiyadan neft almayacaqlar. Bu, böyük addımdır. İndi eyni qərarı Çindən gözləyirəm,” - Tramp deyib.

Prezident Tramp həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ətrafındakı vəziyyətin nizamlanmasında maraqlı olduğunu düşünür.скачать dle 12.1