Bia.Az

Tramp bəyan etdi: ABŞ quru əməliyyatlarına başlayır

Dünya
 16-10-2025, 01:14     444

ABŞ Venesuela sahillərində əməliyyat təşkil etməyi nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

Prezident bildirib ki, dəniz əməliyyatı artıq öz nəticəsini verib və ABŞ hakimiyyət orqanları indi növbəti addımları müzakirə edir.

Tramp vurğulayıb ki, narkotik vasitələrin daşınması üçün istifadə olunmuş bir neçə qayıq məhv edildikdən sonra bölgədə qanunsuz dövriyyə xeyli zəifləyib.

“Dəqiq demək istəmirəm, amma biz dənizə nəzarət etdiyimiz üçün indi quruya baxırıq”, – deyə Tramp əlavə edib.скачать dle 12.1