Bia.Az

Zelenski ABŞ-yə dəvət olundu

Dünya
 14-10-2025, 01:27     459

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdən ABŞ-yə səfər etmək üçün rəsmi dəvət alıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.

“Prezident Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini bu həftə danışıqlar üçün Vaşinqtona dəvət edib”, - məlumatda bildirilir.
Qarşıdan gələn görüş BMT Baş Assambleyasından sonra ilk görüş olacaq
.
Bundan bir qədər əvvəl Zelenski oktyabrın 17-də Amerika lideri ilə Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi,
 “Tomaqavk” raketlərinin tədarükü və bir sıra digər məsələləri müzakirə etmək üçün görüşməyi planlaşdırdığını bildirib.скачать dle 12.1