Bia.Az

Trampdan sülh açıqlaması: “Artıq çox yaxındır”

Dünya
 9-10-2025, 00:45     452

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə sülh nizamlanması üzrə aparılan danışıqların uğurlu olacağına ümid etdiyini bildirib və regionda sülhün çox yaxın olduğunu vurğulayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Sky News” yayıb.

“Mən indicə Yaxın Şərqdəki insanlarla potensial razılaşma haqqında söhbət etdim. Yaxın Şərq üçün sülh çox yaxındır”,- deyə Tramp qeyd edib.
Ağ Ev rəhbəri həmçinin bildirib ki, o, Yaxın Şərqə həftənin sonuna, bəlkə də bazar günü səfər edə bilər və danışıqların uğur şanslarını yaxşı qiymətləndirib.

Tramp daha əvvəl açıqlamışdı ki, İsrail və HƏMAS arasında Misirdə keçiriləcək növbəti iki günlük dolayı danışıqlar Qəzza zolağındakı münaqişənin həlli üçün həlledici rol oynayacaq.скачать dle 12.1