Bia.Az

F-35-dən imtina etdilər, KAAN almağı düşünürlər...

Dünya
 5-10-2025, 13:51     426

İspaniya Türkiyənin milli döyüş təyyarəsi - KAAN ilə maraqlanır.

Axar.az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

“El Economista” nəşri iddia edir ki, ABŞ-dan F-35 qırıcılarının alışını dayandıran İspaniya gözünü Türkiyənin beşinci nəsil döyüş təyyarəsi olan KAAN-a dikib.

Nəşr yazır ki, İspaniya 2030-cu ildə istifadəyə verilməsi planlaşdırılan KAAN döyüş təyyarələrini almağı düşünür.

Qeyd edək ki, İspaniya mediası ölkəsinin ABŞ-dan F-35 qırıcılarından imtina etməsi ilə bağlı planlaşdırılan addımının avqust ayından gündəmdə olduğunu bildirib.скачать dle 12.1