Türkiyənin göndərdiyi donanma yüksək riskli ərazidə: “Hərbi müdaxilə gözləyirik”
Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Donanması İsrailin hərbi müdaxiləsinə məruz qalıb.
Globalinfo.az xəbər verir ki, hadisə beynəlxalq sularda baş verib. Donanmadakı türk fəallar CNN Türk-ə açıqlamalarında vəziyyətin gərgin olduğunu açıqlayıblar.
Gəmidəki şəxslər hazırda çox riskli bölgədə olduqlarını və hər an İsrailin hücumunun baş verə biləcəyini qeyd ediblər:
“Hazırda yüksək hazırlıq vəziyyətindəyik, qarşımızda 12 İsrail gəmisi var. Onlar bizi əngəlləmək üçün bütün gücü ilə yaxınlaşır. Bu gecə mütləq hərbi müdaxilə gözləyirik”.
İsrail dövlət televiziyası artıq əsgərlərin flotilladakı gəmilərə minməyə başladığını açıqlayıb.








