Bia.Az

Moldovada seçkilər: Sandunun partiyası liderlik edir

Dünya
 29-09-2025, 01:24     418

Moldovada parlament seçkiləri baş tutmuş sayılıb.

Axar.az xəbər verir ki, bu barədə Moldovanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 14:30-a (Bakı vaxtı ilə 15:30) olan nəticəyə əsasən, seçici siyahısına daxil olan vətəndaşların 33%-dən çoxu səsvermədə iştirak edib.

Bu göstərici seçkilərin baş tutmuş sayılması üçün tələb olunan minimum həddi təmin edib.

***

Moldovada keçirilən parlament seçkilərində protokolların 30%-nin emalından sonra Moldova Prezidenti Maya Sandu tərəfindən təsis edilən Fəaliyyət və Həmrəylik Partiyası 40,19% səslə liderlik edir.
Mərkəzi Seçki Komissiyasının (MSK) verdiyi məlumata görə, Sosialist Partiyası ətrafında formalaşdırılan "Vətənpərvər blok" 31,29% səs toplayıb.
***
Protokolların 60%-nin hesablanmasından sonra Fəaliyyət və Həmrəylik Partiyası 43,05% səslə liderlik edir.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumata görə, əsas müxalif güc - Sosialist Partiyası ətrafında formalaşdırılan "Vətənpərvər blok" 29,22% səs toplayıb.
Avropayönümlü partiyalardan ibarət "Alternativ" bloku 8,24%, "Demokratiya evdədir" Partiyası isə 6,52% səs əldə edib. Belsı şəhərinin keçmiş meri Renato Usatının rəhbərlik etdiyi "Bizim Partiya" isə 6,43% səs toplayıb.скачать dle 12.1