NATO Rusiya təyyarələrini “vurun” dedi – Rusiya belə cavab verdi
NATO ölkələri Rusiya təyyarələrini vurmağa hazır olduqlarını bəyan etməzdən əvvəl bu əməliyyat üçün texniki imkanlarının olub-olmadığını ciddi şəkildə qiymətləndirməlidirlər.
Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik deyib.
Kolesnik alyansın bəzi nümayəndələrinin ABŞ Prezidenti Donald Trampın mövqeyini kopiyaladığını iddia edib və əlavə edib ki, belə döyüşkən bəyanatlar Avropanı eyni cür cavabla üz-üzə qoya bilər.
Deputat vurğulayıb ki, Rusiya hava hücumundan müdafiə sistemləri və döyüş təcrübəsi sahəsində güclüdür və potensial qarşılıqlı addımların nəticələri nəzərə alınmalıdır.
O, həmçinin Avropa tərəflərini təkcə siyasi ritorika ilə kifayətlənməməyə və real əməliyyat imkanlarını qiymətləndirməyə çağırıb.








