Bia.Az

ABŞ senatından Rusiya ilə bağlı çağırış

Dünya
 17-09-2025, 01:00     700

ABŞ Senatında Rusiyanın “terrorizmin sponsoru dövlət” kimi tanınması ilə bağlı yeni qanun təşəbbüsü irəli sürülüb.

Globalinfo.az xəbər verir ki, Respublikaçı senator Lindsey Graham bu məqsədlə qanun layihəsini Konqresə təqdim edib.

Məsələ ilə bağlı bildiriş Konqresin elektron sistemində yerləşdirilsə də, sənədin tam mətni hələlik açıq bölmədə mövcud deyil.

Nəşrin məlumatına görə, bundan əvvəl həm Respublikaçılardan, həm də Demokratlardan ibarət təşəbbüs qrupu Rusiya və Belarusun “terrorizmin sponsoru dövlət” elan edilməsi ilə bağlı qanun layihəsinin hazırlanması üzərində işləyirdi.скачать dle 12.1