Türkiyədə ardıcıl zəlzələ baş verdi
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 4,9 bal gücündə zəlzələ olub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla saat 12:35-də (Bakı vaxtı ilə 13:35) qeydə alınan zəlzələnin ocağı yerin 7,72 kilometr dərinliyindədir.
Dağıntı və tələfatla bağlı məlumat verilməyib.
***
Sındırqı ilçəsində 4 bal gücündə növbəti zəlzələ baş verib.
Təkanlar yerin 9,62 km dərinliyində meydana gəlib. Zəlzələ ilə bağlı hər hansı mənfi halın yaşanmadığı bildirilib.








