Bia.Az

ABŞ "Açıq səma" müqaviləsindən çıxdı - Ölkə indi daha etibarlı müdafiə olunacaq

Dünya
 23-11-2020, 17:20     306

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo Vaşinqtonun «Açıq səma» müqaviləsindən (ASM) rəsmi olaraq çıxmasını pozitiv qiymətləndirib.

Onun fikrincə, indi ABŞ daha yaxşı müdafiə olunur, çünki Rusiya müqavilə üzrə öhdəliklərini yerinə yetirmirdi.

«ABŞ-ın ASM-dən çıxması qüvvəyə mindi. İndi Amerika daha çox müdafiə olunur, çünki Rusiya əvvəlki kimi, özünün öhdəliklərini yerinə yetirmir» - deyə, Pompeo öz «Tvitter» səhifəsində yazıb.

ASM 1992-ci ildə imzalanıb. O, ölkələrə imkan verir ki, qarşılqlı inamı möhkəmləndirmək məqsədilə öz əraziləri üzərindən uçuşlar həyata keçirsinlər. 
ABŞ müqavilədən çıxana qədər ona 34 ölkə, o cümlədən, Rusiya daxl idi. Vaşinqton müqavilədən çıxmaq barədə 2020-ci ilin may ayında məlumat vermişdi, noyabrın 22-də isə qərar qüvvəyə minib.скачать dle 12.1