Tramp Putin və Zelenskini görün kiminlə müqayisə etdi…
Tramp Zelenski və Putini meydançada döyüşən uşaqlarla müqayisə edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Ağ Evdə çıxışı zamanı deyib.
“Mən bu bənzətməni tez-tez işlədirəm: İndi meydançada bir-birindən xoşu gəlməyən uşaqlar var və onlar döyüşürlər. Ayırmağa çalışsaq da, onlar yenidən döyüşə can atırlar. Ancaq bir müddət sonra dayanmaqdan məmnun olacaqlar. Bəzən onları dayandırmaq üçün bir az döyüşdürmək lazımdır”, – ABŞ lideri vurğulayıb.








