Bia.Az

Ermənistanda Putini ittiham edənlər çoxalır - “İmperiya öz çıxarları xatirinə hələlik Paşinyanı saxlayır...”

Dünya
 19-11-2020, 13:27     325

Qarabağdakı məğlubiyyətini hələ uzun müddət həzm edə bilməyəcək Ermənistanda Rusiyaya və prezident Vladimir Putinə qarşı etiraz səsləri getdikcə artmağa başlayır. “AzPolitika.info” xəbər verir ki, Ermənistanın aparıcı nəşrlərindən olan “Qraparak” qəzetində Putinin son müsahibəsi və Rusiyanın imperiya maraqlarına dair məqalə dərc olunub.

Məqalə müəllifi qeyd edir ki, Vladimir Putinin son müsahibəsindəki bir çox fikirləri ermənilərin böyük əksəriyyəti tərəfindən Rusiya prerzidentinin baş nazir Nikol Paşinyanı müdafiə etməsi kimi qəbul olunub.
Belə ki, Putin həmin müsahibəsində Paşinyanı satqınlıqda günahlandırmağın doğru olmadığını deyib. Qəzet yazır ki, Putinin bu “jesti” təsadüfi deyil, çünki Rusiya ən azı dekabrın 1-dək, yəni üçtərəfli razılaşmaya görə 3 rayonun boşaldılmasına qədər Paşinyanı vəzifəsində saxlamaq istəyir.
Yazıda bildirilir ki, Putinin bu mövqeyi Rusiyanın imperiya maraqlarından irəli gəlir: “Siyasi proseslərdən yaxşı məlumatlı olan dairələrdəəmindirlər ki, Rusiya prezidenti yaranmış situasiyadan qazancla çıxmağa çalışır. Və öz imperiyasının çıxarları xatirinə hələlik Paşinyanı vəzifəsində saxlayır. Regionda Türkiyə faktorunun bu miqyasda güclənməsi Rusiyanın maraqlarına uyğun deyildi. Lakin artıq bu vəziyyət yaranıbsa, deməli Rusiya indi öz maraqlarını maksimum dərəcədə irəli çəkməyə çalışacaq.”
Qəzet daha bir maraqlı məqama toxunur və bildirir ki, Rusiya Dağlıq Qaqrabağın Azərbaycanın nəzarətində olmayan hissəsini öz hərbi poliqonuna çevirmək niyyətindədir: “Bizim mənbələrin məlumatına görə, üçtərəfli razılaşmada Qarabağda 1960 sülhməramlının yerləşdirilməsindən söhbət getsə də, əlavə olaraq gizli danışıqlar da aparılır. Və Rusiya tərəfi Qarabağa 14000-15000 hərbçi göndərərək, ərazini öz hərbi poliqonuna çevirmək istəyir.”
Daha sonra qəzet bildirir ki, hələlik rəsmi Moskva Paşinyana açıq zərbə endirmək istəmir və daha incə oynamağa çalışır: “Deməli, ən azından dekabrın 1-dək, yəni ərazilər tam verilənə qədər Ermənistanda baş nazirin dəyişdirilməsi Rusiyaya sərf etmir. Ona görə də, Paşinyana açıq zərbələr endirilməyəcək. Zərblər daha diplomatik formada endiriləcək, məsələn, Paşinyanın Şuşa ilə bağlı yalanlarını ifşa etməklə.”
Göründüyü kimi, artıq erməni cəmiyyətində Rusiyaya qarşı inamsızlıq və etimadın aradan qalxması prosesi sürətlənir. Və bu ab-hava özünü mətbuatda da biruzə verməyə başlayır.
Təbii ki, Rusiyanın Qarabağa 15 min hərbçi yerləşdirməsi vəərazini öz poliqonuna çevirməsi perspektivilə bağlı yazılanlar o qədər də inandırıcı görünmür. Daha doğrusu, belə bir niyyətin olması mümkündür, ancaq onun reallaşdırılması asan deyil. Çünki bunun üçün ən azından Azərbaycanın razılığı olmalıdır...
Ancaq istənilən halda, erməni cəmiyyətində Rusiyanın Qarabağ ermənilərinin və Ermənistanın deyil, yalnız öz maraqlarını güddüyünə dair fikrin formalaşdırılması meylləri ondan xəbər verir ki, işğalçı ölkədə anti-Rusiya ab-havası və təbliğatı getdikcə güclənir.
Bütün bunlar həm də onu göstərir ki, özlərindən başqa hər kəsi günahkar, borclu çıxarmağa öyrəşən ermənilər gec də olsa kiminsə “qucağında oturub” qonşularına “kəllə atmağın” yaxşı heç nə vəd etmədiyini anlamağa başlayıblar. Təbii ki, əgər doğrudan da anlaya bilirlərsə...скачать dle 12.1